Aktiv COVİD xəstəsi yasda saxlanıldı - Salyanda

img

22-10-2021 [10:24]


Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, adıçəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan İ.Məmmədovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA