Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

21-10-2021 [00:02]


Qoç - günün ilk yarısında sakit davranmaq çətindir. Soyuqqanlı davranmağınız şərtdir. İşlər istədiyiniz kimi getmədiyindən çox əlverişsiz, ağır şəraitə uyğunlaşmalı olacaqsınız. Amma situasiyanı dəyişə biləcəyinizə əminliyiniz itməsin.

Günün ikinci yarısında əlverişli məqam olacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar. Romantik təmaslar üçün münasib zamandır.

Axşam saatlarını yaxınlarınızla keçirin.

Buğa - işgüzar danışıqlar üçün əlverişli zamandır. Potensial sifarişçilər, müştərilərlə danışıqlar aparın. Bilik və bacarıqlarınızı, imkan və potensialınızı nümayiş etdirin. Səfərə yollanmaq olar. Yeni marşrutları sınaqdan keçirin.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə harmoniya yaradın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Axşam saatlarını evdən kənarda keçirin.

Sevdiyiniz insanla birlikdə istirahət etmək olar.

Əkizlər - günün ilk yarısında mühüm işlərlə məşğul ola bilərsiniz. Diqqətli olun, səhvlərə yol verməyin. İşgüzar aktivlik səviyyənizi aşağı salmayın.

Tərəfdaşlıqla bağlı təklifin müzakirəsinə başlamazdan əvvəl detallara bir daha nəzər salın.

Günün ikinci yarısında yaxınlarınızla ixtilaf istisna deyil. Münaqişənin səbəbi əvvəlki dönəmlərdədir və indi aradan qaldırıla bilməz. Dəyər verdiyiniz insanların zəif cəhətlərinə aqressiv reaksiya verməyin.

Xərçəng - hər şey alınacaq. Əsas odur ki, sizi yoldan sapdırmağa və irəliləyişinizə mane olmağa çalışan insanlara qulaq asmayasınız. Yeni layihələrə başlamaq olar. Sınanmış dostlar və ya müttəfiqlərim birgə fəaliyyətə cəlb etmək mümkündür.

Günün ikinci yarısında həmfikirlərlə ümumi işi müzakirə edin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Şəxsi münasibətlər üçün düşərli zamandır. Həddən artıq romantizmə dalmayın. Rasional davranış fikir ayrılıqları və mübahisələrin qarşısını ala bilər.

Əhvalınızı kiçik məsələlər görə korlamayın.

Şir - günün ilk yarısı əlverişlidir. İşdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın. Fəaliyyətinizlə bağlı önəmli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanların yaşamlarından şikayətlərinə qatılmayın.

Günün ikinci yarısında uğur şansınız az deyil.

Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Əhvalınız pisləşə bilər. Narahat olmayın. Yaşananlar əhvalınıza pis təsir etməyəcək. Nikbin olun, yaxınlarınızla səmimi davranın.

Özünüzü çox yormayın.

Qız - asan olmayan, qarışıq gündür. Ruhdan düşməyin. Nigaranlıq və narahatlıq yaradan problemin həll imkanları yaranıb. Mühüm suallara cavab ala bilərsiniz. İşdəki münaqişəni çözmək üçün konkret addımlar atın.

Günün ikinci yarısı normal peşəkar fəaliyyətə mane olan mənasız rəqabətə son qoyun.

Təxəyyülü işə salın, yaşamınızda yenilik edin. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Birmənalı olmayan situasiyada səhih davranış modeli seçin. Dəyişikliklərdə fayda var.

Tərəzi - hadisələrin sakit müşahidəçisinə çevrilməyin. Aktiv olun, enerjili hərəkət edin. İşgüzar danışıqlar pis keçməyəcək. Yeni tərəfdaşlarla əməkdaşlıq şərtlərini yerli-yataqlı, tələsmədən müzakirə edin. Çoxdan bəri həllini gözləyən maliyyə problemini çözə bilərsiniz.

Köhnə borcun qaytarılması istisna deyil.

Günün ikinci yarısında dəyər verdiyiniz insanların birindən xoş xəbər alacaqsınız. Vaxtında nümayiş edilən təşəbbüs şəxsi həyatınızda dəyişikliklərə səbəb ola bilər. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz. Yaxşı formadasınız.

Əqrəb - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bundan istifadə edin. Tələsin, çünki situasiya dəyişir, vəziyyət ağırlaşır.

Günün ikinci yarısında həmkarlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Kompromis variant tapmaq asan olmayacaq.

Axşam saatları ailə üzvləri ilə pul məsələsinə görə mübahisə vəd edir. Səbrli, təmkinli olun. İmiclə eksperimentlər etməyin. Nəticələr şübhəlidir. Yaxınlarınızı rəncidə etməyin.

Oxatan - rəvan zamandır. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. İdeyaları, hətta ən cəsarətli planları reallaşdırmaq olar. Fəaliyyət planını hazırlayın, irəliləyiş istiqamətini konkretləşdirin. İmprovizələr uğurlu olacaq. Problemin parlaq həll variantını tapacaqsınız.

Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Onların sizinlə bağlı gözləntilərini doğruldun, ümidlərini aldatmayın. İnanın, bu, heç çətin iş deyil. Sevdiyiniz insanla təmaslarınızdakı anlaşılmazlıqlara, münasibətlərinizi sərinlədən məqamlara son qoymaq olar.

Oğlaq - günün ilk yarısında maliyyə çətinlikləri istisna deyil. Pullarınızı biznesə yatırmayın. Kommersiya fəaliyyəti üçün əlverişli zaman deyil. Müstəqil fəaliyyət göstərin. Detallara fikir verin, səliqəli olun.

İşdə rəhbərliklə dil tapın.

Günün ikinci yarısında mühüm məsələləri təhlil etmək olar. Konstruktiv dialoqa üstünlük verin. Şəxsi münasibətlər baxımından neytral zamandır. Yaxınlarınızla ciddi fikir ayrılıqları olmayacaq. Əvvəlcədən planlaşdırılmış qısa səfərlərə yollanmaq mümkündür.

Dolça - günün ilk yarısında cəsur ideyaların reallaşdırılması üçün əlverişli şərait olacaq. İşlərdə uğur istisna deyil. Qəfil və maraqlı təklif alacaqsınız. Məhsuldar əməkdaşlıq başlana bilər. Müttəfiqlərinizi çox aramayın. ilk dəfə gördüyünüz insanların qiymətləndirilməsində səhvlərə yol verməyin.

Günün ikinci yarısında alınan məlumatlara ciddi yanaşın. Bu informasiyalardan bəziləri az sonra karınıza çata bilər. Son həftələr sizi narahat edən situasiya aydınlaşacaq. Yaxın perspektiv üçün hərəkət planını hazırlayın.

Balıqlar - yaradıcı yanaşma, təxəyyül, qeyri-standart həllər tələb edən işlər üçün günün ilk yarısı əlverişlidir. Rutin işlər sizi yoracaq. Ənənəvi çərçivələri dağıdın, azad və sərbəst davranın.

Günün ikinci yarısında işgüzar danışıqlara başlayın. Peşəkar fəaliyyət və maliyyə məsələləri ilə bağlı aktual məsələləri müzakirə edin. Konstruktiv dialoq üçün yaxşı zamandır.

Əks cins mənsubları ilə münasibətlərinizə fikir verin. İndiyədək dəfələrlə problemlər yaratmış səhvləri təkrarlamayın. Davranışınızda dəyişikliklər edin.

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR