Azərbaycan və Xorvatiya XİN başçıları görüşüb

img

20-10-2021 [12:52]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanın görüşü başa çatıb.

Mia.az xəbər verir ki, nazirlər ikitərəfli əlaqələrin mövcud durumunu və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

***

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman arasında görüş başlayıb.

Mia.az xəbər verir ki, C.Bayramov xorvatiyalı həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Sonra nazirlər arasında təkbətək görüş olub.

Hazırda görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR