"Milan" Çempionlar Liqasında antirekorda imza atıb

img

20-10-2021 [10:56]


İtaliyanın "Milan" klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Məlumata görə, "rossoneri" buna qrup mərhələsinin III turunda Portuqaliyada "Portu"ya uduzmaqla nail olub - 0:1.

Turnirin 7 qat qalibi daha əvvəl qrup mərhələsindəki ilk 3 oyunun hamısında məğlub olmayıb.

Stefano Piolinin baş məşqçi olduğu komanda I turda İngiltərə "Liverpul"una 2:3, II turda isə İspaniya "Atletiko"sunqa 1:2 hesabı ilə yenilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR