Tərtərdə silahlı insident: kənd sakini güllələnərək öldürülüb

img

18-10-2021 [18:30]


Tərtərdə baş verən qətl hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Məlumata görə, həmkəndlisini odlu silahdan atəş açaraq öldürən şəxsin Əhlimanli Ziyadxan Elman oğlu olduğu bildirilir.

Hadisəyə səbəb kimi iki şəxsin arasında yaranan mübahisə göstərilir.

***

Tərtər rayon sakini güllələnərək öldürülüb.

Hadisə rayonun Qapanlı kəndində baş verib.

Odlu silahdan güllə yarası alan kənd sakini Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb. 

Hələlik hadisənin baş vermə səbəbi məlum deyil/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR