Kəmaləddin Heydərov: "Qətər iş adamlarını həmin ərazılərdə bərpa işlərinə dəvət edirəm"
18-10-2021 [13:28]
Bu gün Fövqəladə Hallar Nazirliyində Azərbaycanla Qətər arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib.
Mia.az xəbər verir ki, iclas Komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, və Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Taninin iştiralı ilə baş tutub.
K.Heydərov iclasın Azərbaycan üçün əlamətdar bir günə - Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini və ilk dəfə olaraq bu bayramın ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, 1994-cü ildə əsası qoyulmuş Azərbaycan və Qətər arasındakı diplomatik münasibətlərin bu gün yüksək səviyyədə olması, ölkələrimizin mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birlərini dəstəkləməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı hər iki ölkənin mənafeyinə cavab verir.
Azərbaycan və Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirən nazir, Prezident lham Əliyevin və Qətər əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılmış Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikasının müşahidə olunduğunu qeyd edib.
Komissiyanın yaradıldığı vaxtdan ötən dövr ərzində görülən işlərdən danışan nazir, ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdiriləcəyinə əminlik ifadə edib. O, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuzun 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı işğaldan azad etməsi, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Qətər iş adamlarını, biznes dairələrini və sərmayəçilərini həmin ərazilərə sərmayələrin yatırılmasına dəvət edib.
Bundan əlavə, bu il iyulun 1-də Prezident İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov, Qətər biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Qətər sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.
Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani səmimi görüşə görə təşəkkürünü bildirib, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. O, Birgə Komissiyanın gördüyü işlərin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, bu imkanlardan qarşılıqlı faydalı əsasda yararlanmaq üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iki ölkə liderlərinin müdrik qərarlarına və siyasi iradəsinə söykənərək ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi baxımından Komissiyann üzərinə düşən vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.
İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.
İclasın sonunda Protokol imzalanıb. Sənədə Komissiyanın həmsədrləri imzalayıblar.
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib