Baş epidemioloqdan xəbərdarlıq: “Gürcüstanda pandemiyanın ağır dalğası başlayıb”

img

17-10-2021 [16:00]


“Gürcüstanda koronavirusa yoluxma sayı ciddi şəkildə artıb və bu, beşinci dalğanın başlanğıcıdır”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son həftə ərzində Kaxeti, İmereti və Sameqrelo-Zemo Svaneti bölgələrində epidemioloji vəziyyət ağırlaşıb: “Bu regionlarda vaksinasiya səviyyəsi aşağıdır. Acarıstan və Tbilisidə isə vəziyyət nisbətən yaxşıdır”.

Baş epidemiloq beşinci dalğanın kifayət qədər ağır keçəcəyini proqnozlaşdırır: “Müvafiq qabaqlayıcı tədbirlər görülməsə, noyabrda vəziyyət çox çətin olacaq. Hamını tövsiyələrə əməl etməyə və peyvənd olunmağa çağırıram”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA