Şəhid Babək Ramaldanovun anım günü qeyd olundu - FOTOLAR
16-10-2021 [23:26]
Oktyabrın 16-də II Fəxri xiyabanda keçirilən anım tədbirində Bakının Xətai rayonundan olan, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanovun xatirəsi ehtiramla yad edildi.
Mia.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət etdilər.
Anım mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından bütün şəhid valideynlərinə başsağlığı verildi.
Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid Babək Ramaldanovun ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr dilədi. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açdı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirdi. R.Quluyev, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Babək Ramaldanovun valideynlərinə təsəlli verdi, Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha onlara təşəkkür etdi. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim
əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.
YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə anım mərasimində çıxış edərək söylədi ki, bu gün Azərbaycanın ən müqəddəs məkanlarından birinə toplaşmışıq: “Burada uyuyan şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Bu qəhrəmanların timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətinin, gücünün bir nümunəsini gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhidlər təkcə valideynlərinin əzizi deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Azərbaycanın qəhrəmanlıq tarixinin Zəfər dolu salnaməsini yazan şəhidlər ölməzdirlər, xalqımız var olduqca onlar da yaşayacaqlar.”
V.Rəhimzadə qeyd etdi ki, şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyünü bərqərar etdilər, onlar heç zaman unudulmayacaqlar: “Onlar yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini göstərdilər. Təkcə erməni quldurlarına deyil, bizi sevməyən digər anti-Azərbaycan dairələrə qarşı da öz mövqelərini qəti şəkildə ortaya qoydular, böyük şücaət nümayiş etdirdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimiziə şəfa diləyirəm. Şəhidlərimizi böyüdən valideynlərə təşəkkür edirəm ki, belə qəhrəman övladlar yetişdiriblər. Gənclərimizin hər biri bu qəhrəmanların şərəfli həyat və döyüş yollarını öyrənməlidir.”
Şəhidin dayısı, ehtiyatda olan polkovnik Şair Ramaldanov çıxış edərək respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Babək kimi qəhrəmanların gənc nəslə örnək olduğunu vurğuladı. Babək Ramaldanovun xatirəsinin heç zaman unudulmayacağını bir daha diqqətə çatdıran Ş.Ramaldanov Azərbaycanda canlarını Vətən yolunda qurban verənlərə, Milli Qəhrəmanlara, qazi və şəhid ailələrinə sonsuz ehtiram nümayiş etdirildiyini vurğuladı.
Tədbirdə Xalq artisti Əli Nur, həmçinin məktəblilər Vətən haqqında şeirlər səsləndirdilər.
Şəhid Babək Ramaldanovun ruhuna dualar oxundu, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.
Daha sonra tədbir iştirakçıları şəhid jurnalist, Milli Qəhrəman Kazımağa Kərimovun və şəhid polkovnik-leytenant Babək Ramaldanovun xatirəsinə Xətai rayonunun Kazımağa Kərimov küçəsində ucaldılan abidə kompleksinin qarşısında keçirilən anım mərasimində iştirak etdilər.
Anım mərasimində əvvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani şəhidlər Babək Ramaldanovun və Kazımağa Kərimovun döyüş yolu haqqında danışdı. Qeyd etdi ki, şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq: “Şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası, intiqamı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında alınıb.”
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev mərasimdə çıxış edərək hər iki şəhidin yüksək mənəvi və insani keyfiyyətləri,
onların peşəkarlığı, seçdikləri çətin və şərəfli yolda qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmələri, şəxsi şücaət və igidlik nümunələri haqqında iftixar hissi ilə danışdı. Qeyd etdi ki, Zəfərlə yekunlaşan müharibədə təəssüf ki, itkilərimiz də oldu: “Bu gün əsgər anaları səbir, təmkin nümayiş etdirir və deyirlər ki, təki Vətən sağ olsun. Onlar bu gün qürur hissi keçirirlər ki, övladları qələbə qazanan ordunun sıralarında döyüşlərdə iştirak edib və torpaqlarımızın azadlığı uğrunda şəhid olublar.”
Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 30 il ərzində işğal altında olan torpaqlarımızı azad etdi, həmin ərazilərimizə öz müqəddəs bayraqlarımızı sancdı: “Bu, həqiqətən də qəhrəmanlığın ən böyük nümunəsidir. Bu nümunəni bizim şəhidlərimiz, qazilərimiz göstəriblər. Qəhrəmanlar heç zaman ölmürlər, onlar bizim üçün əbədi yaşayacaqlar. Torpağımız bizim üçün vicdandır, namusdur, ona görə də ona Ana torpaq deyirlər. Bizim varlığımız torpaqla bağlıdır. Məhz bu səbəbdən də müqəddəs torpağı qorumaq, onun keşiyində dayanmaq hər birimizin borcudur. Bizim şəhidlərimiz Vətən qarşısında bu borclarını çox yüksək səviyyədə, qəhrəmancasına yerinə yetiriblər. Bu şərəfli missiyanın öhdəsindən ləyaqətlə gəliblər. Mən şəhidlərimizin ruhu qarşısında baş əyirəm.”
V.Rəhimzadə vurğuladı ki, şəhid yetişdirmək qəhrəman anaya, ataya xas olan xüsusiyyətdir: “Şəhidlərimizin valideynlərinə təşəkkür edirəm ki, belə qəhrəmanlar yetişdiriblər. Şəhidlərimiz dövlətimizin daimi diqqət və qayğısı ilə xalqımızın qəlbində əbədi yaşacaqlar. Onların ruhları şad olsun. Allah hər bir şəhidimizə qəni-qəni rəhmət eləsin. Respublikamızın bütün rayon və şəhərlərində şəhidlərimizin xatirəsi şərəfinə ucaldılan belə abidə kompleksləri gənclərimizin milli-mənəvi
ruhda yetişməsində böyük rol oynayır. Hesab edirəm ki, bu abidə kompleksinin yanından keçən hər bir şəxs igidlərimizin qəhrəmanlıqla dolu həyat yolları ilə tanış olub onları yada salacaq. Onların igidlik nümunəsi bizim gənclərimiz üçün bir örnəkdir. Allah rəhmət eləsin!”
Ehtiyatda olan polkovnik Şair Ramaldanov çıxış edərək bacısı oğlu Babəkin təhsili və keçdiyi döyüş yolu barədə məlumat verdi. Qeyd etdi ki, xalqımız və dövlətimiz şəhid ailələrinə böyük ehtiram, diqqət və qayğı göstərir.
Tədbirdə Abdulla Qurbani və Əli Nur Vətənə həsr olunan şeirlər səsləndirdilər.
Anım mərasimində şəhidlərin ailə üzvləri çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonra şəhidlərin abidə kompleksinin qarşısına əklil qoyuldu, tər gül-çiçək dəstələri düzüldü.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun