Şuşa gözəldir…
16-10-2021 [21:09]
Gözəl Şuşa haqqında ən gözəl kəlmələrdən seçmələr
(“Şərq qapısı” qəzeti, 1970-1990)
***
Torpaq, Vətən, böyük və güclü Azərbaycan! Bu gün qəhrəman şəhidlərimizin ölməz xatirəsinin anım günündə hər bir Azərbaycan vətəndaşının ürəyini dağa döndərən bu kəlmələrin nidası bir il əvvəl düşmənin canına vahimə salmış “Qarabağ Azərbaycandır!” kəlməsinin nidası ilə qoşalaşdıca xalqımızın, onun müzəffər ordusunun qarşısına heç bir işğalçının bir daha çıxa bilməyəcəyini bütün dünya şahid olur.
Ədalətsiz yaşamağa alışmış, otuz il dil sürüyüb, reallıqları görməzdən gələn dünya ən sonunda böyük ədalətlə barışmalı oldu: Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan ola bilməz! Çünki bu torpaqlara hələ erməni nəfəsi dəyməyəndə Qarabağ, Şuşa bizim yaddaşımızın kökündə, nəğmələrimizin nəqəratında, ən gözəl kəlmələrin başlığında yaşayır, nəsildən nəsilə yaşadılırdı. Elə bir başqa tarixi ədalətsizliklə, Zəngəzurun hay köçmənlərinə hədiyyə olunması ilə böyük Azərbaycanan ayrı düşmüş qədim Naxçıvan torpağında yaşadılan Şuşa, Qarabağ sevgisi kimi.
Bu sevginin ətrini bu günümüzə qədər qoruyub saxlayan Naxçıvanın 100 yaşlı mətbu orqanı olan “Şərq qapısı” qəzetinin onillər əvvəlki qızıl arxivindən qiymətli seçmələri oxucularımıza olduğu kimi imzaları ilə birlikdə təqdim edirik.
* * *
Təbiət öz səxavətini bizim şəhərdən əsirgəməmşdir. Sağlam dağ havası, sıx yaşıllıqlar sanki nəhəng oksigen fabrikidir. Yaxınlıqda mineral su çeşmələri. Yaxşı istirahət etmək üçün bundan artıq nə lazımdır. Biz Şuşanın kurort sərvətlərindən mümkün qədər geniş istifadə etməyə çalışırıq. Şəhər böyüyür, öz hüdudlarını genişləndirir…
Valeh Kazımov
15 fevral 1970
* * *
Uca dağlar qoynunda məskən salmış Şuşanın bu günü könül oxşayandır. Onun gözəl təbiəti, hüsünə sığmayan mənzərəsi vardır. Bu şəhərin görkəmi mərmər pillələri xatırladır. Bir-birinin ardınça munçuq kimi düzülmüş yaşayış evləri, içtimai binalar biri digərinin qarşısını kəsməsin, onu ört-basdır etməsin deyə səki kimi pilə-pillə ucaldılmışdır. Bu da onun görkəmini daha füsunkar etmişdir…
Cəlal Rəfiyev
11 mart 1970
* * *
Dərələr və dağlar üzərində salınmış Şuşanı qartal yuvası adlandırmışlır. Şairlər onun gözəlliyinə şeirlər qoşmuş, təbiblər gözəl ab-havasından riqqətə gəlmişlər. Bir zamanlar Şuşa qala kimi tikilmişdir. Qalanın indiyədək qalan divarlarının hündürlüyü 8 metrə çatır. Şəhərdə bu gün belə XVIII əsrdə tiiklmiş qalaları görmək olar.
Şuşa lap qədimdən şairləri, bəstəkarları, xanəndələri, yazıçıları ilə məşhurdur. Bu şəhər Vaqifin, Ü.Hacıbəyovun, Bülbülün vətənidir. Böyük rus şairi Sergey Yesenin öz məktublarının birində yazmışdır ki, Qafqazda deyirlər: “Əgər sən xanəndəlik etmirsənsə deməli Şuşadan deyilsən”…
Alqayıt Kərimov
18 sentyabr 1973
* * *
El arasında Şuşanı Azərbaycanın xalq musiqi konservatoriyası adlandırırlar. Həqiqətən də belədir. Şuşa istedadlı musiqi xadimləri yetişdirmiş, özünün zəngin sənət irsi ilə şöhrətlənmişdir. Şuşada musiqi ilə bağlı olmayan ailə tapmaq belə çətindir…
F. Əliyeva, Şuşadakı Şərq musiqi alətləri fabrikinin ustası
23 aprel 1975
* * *
Başı buludlarda gizlənən qarlı-qartallı dağların zirvəsini görmək istəsəniz Şuşaya gəlin. Dərin dərələrin, sıx meşələrin, təkrarolunmaz gözəlliyinə, dolama yollara baxmaq istəsəniz Şuşaya gəlin. Sıldırımlardan tökülən gur çayların, nəğməli şəlalalərin səsinə qulaq asmaq istəsəniz Şuşaya gəlin. Diş göynədən İsa bulağından bircə qurtum içmək, dünyada yeganə olan Xarıbülbül çiçəyinin ətrini duymaq, cüyür gözlərinin gözəlliyinə baxmaq istəsəniz Şuşaya gəlin. Saymaqla qurtaran deyil bu yerlərin füsunkarlığı…
Q.Ağayev
3 aprel 1975
* * *
Şuşanın baharı
Qızıl işığını, qızıl nurunu,
Bulud ələklərdən ələyir günəş.
Səhər yağışında yuyunan dağı,
Körpə tək şəfəqə bələyir günəş
*
Zirvədən açılan kəlağay-duman
Dərin dərələrdə baş alıb gedir.
Olur şəfəqərlə üfüqlər əlvan,
Çaylar qıjıltıyla səs salıb gedir.
*
Güneylər bürünür yaşıl alova,
Quzeylər ağarır dənər qar kimi.
Ağaclar üstündə çoxalır yuva,
Quşlar vəcdə gəlir bəstəkar kimi
*
Sərin külək əsir Cıdır düzündən,
Titrəşir çiçəklər bir ehtizazla.
Qıvrılır səmada şimşəklər hərdən,
Göylər qaqqıldayır coşqun avazla.
*
Bahar paltarını geyinib Şuşa,
Olur şirin nəğmə, qanadlı şeir.
Bu gözəl bahara söz qoşa-qoşa,
Sənətkar olmuşdur Bülbül, Üzeyir.
Elman Elsəvər
23 aprel 1975
* * *
Məşhur Avropa səyyahlarından biri demişdir: Şuşanın baharı əsrarəngiz rənglərin, sehirli səslərin, ürəkləri sənət alovuna salan qanadlı düyğuların birliyindən yaranır. Bu baharda qeyri-adi bir yaraşıq, ülviyyət və gözəllik büsatı vardır. Əfsunlu qıfılbəndlərdən keçib, ürəklərə süzülən əvəzsiz musiqi çalarları, şirin zəngulələr, laylalar qədər incə və məlahətli muğamat guşələri bu torpağən nəfəsidir…
Hüseyin Razi
27 aprel 1977
* * *
Bu gün əlvan gözəlliklər sərgsi kimi zirvədə dayanmış Qarabağın xəritəsindəki Xankəndi rəvayətlərdə, kövrək xatirlərdə, nisgilli söhbətlərdə xəyalımızın güzgüsünə düşür. Bu güzgüdə ərlər, ərənlər, yadelli qəsbkar süngüsü ilə döşləşib adımızı yenilməzlər tarixinə yazan əcdadımızın vüqarlı görkəmi, şirin zəngulələr, qanadlı guşələr, incə xallar selində birləşib gur nəhrə dönən musiqimizin sehirli qıfılbəndləri, torpağın doğmalıq bəsirəti, analıq mehri canlanır.
Keçmişin dalğın və mükəddar görkəmini xəyala gətirəndə Xankəndi elə bil bir anlığa əsatirləşib kədərli hekayətləri ilə dil açır, qədim təzkirə kimi gözlərimiz önündə səhifələnir. Bu səhifələr də sanki əfsunlu şikəstə kimi qarlı-qartallı dağların qaşında səsləşib əks-sədası ilə bizi düşündürür…
Hüseyin Razi
12 iyul 1979
* * *
Yolumuza göylər su çiləyir, narın yağış altında Şuşa dolaylarını qalxırıq. Gözlərimiz önündə Qarabağın gözəllik sərgisi açılır. Bahar öz fırçası ilə qarlı-qartallı dağlar, keçilməz dərələr boyunca təkrarolunmaz yaraşıq büsatı yaratmışdır. Dolaylar əzəmətli bir qalanın bürclərinə sarınan pillələr kimi görünür. Bu pilləri qalxdıqca gözlərimiz önündə elə bil tarix səhifələnir. Əsrlərin arxasına boylanırıq, üfüqlə birləşmiş kimi görünən qranıt hasarlarda sanki bütün Qarabağın vüqarı cəm olunmuşdur...
Hüseyin Razi
1 may 1982
* * *
Salon titrəyirdi. Hamı bir nəfər kimi ayağa qalxaraq balaca sənətkarları alqışlayırdı. Rus, moldovan, ukraynalı, latış və başqa millətlərin nümayəndələri onları başa düşməsələr də Qırxqız dağlarının bulaqları kimi həzin şırıltıyla axıb gedən böyük Qarabağ musiqisinin təsirindən yaxa qurtara bilmirdilər.
İlahi, bu qızılgüllər kimi pak olan körpələrin ürəyindən qopub gələn səs idimi, yoxsa möcüzə?…
“Şərq qapısı”, 6 avqust 1988
* * *
Xalqımız üçün çox həyəcanlı olan bu payız günündə də ana torpağın harayı çox qüdrətlə səslənməkdədir. Mənə elə gəlir ki, Araz boyda ayrılıq şırımına baxmayaraq o sahilli, bu sahilli bir arzu ilə bütövləşən Azərbaycan ayağa qalxaraq, məğrur qamətini haqsız zərbələrə söykəyir, andını və məsləkini bayrağa çevirib, üfüqlərə qaldırır.
Bütün dünya Azərbaycan xalqının vətən və ədalət naminə göstərdiyi fədakarlığa heyrət və heyranlıqla baxır. Bizə layqed olanlar həqiqətə göz yuman, satqınlıq edib özgə torpağına qəsd edənlər, süfrəmizin çörəyinə, Bakı nefti ilə yanan çırağına xəyanət edənlər, onların havadarlarıdır.
Saxta dostluğuna inandığımız insanları tanımaq üçün hələ böyük Nizami Gəncəvi belə demişdi:
Yaxşı ad qazanmış gözəl dost ara,
Onda yetişərsən ağ günə, vara
Hüseyin Razi, 27 noyabr 1988.
Mia.az
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib