Nazirlər Kabineti: "Prezidentin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlanılıb"

img

16-10-2021 [15:42]


Nazirlər Kabineti Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlayıb.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir:

"Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.

Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb". 


Digər xəbərlər
SON XƏBƏRLƏR