“Bu xoşagəlməz hadisələr səhiyyə işçilərini üzür" - Deputat

img

15-10-2021 [12:41]


“Hər gün sosial şəbəkələrdə hüquqi və fiziki şəxslərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. Belə məlumatlar səhiyyə müəssisələri və səhiyyə işçiləri barədə də yayılmaqdadır. Onlar barədə cinayət işinin açılması demək olar ki, yox səviyyəsindədir”.

Mia.az xəbər veirr ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, işgüzar nüfuzun ləkələnməsi hallarına görə cinayət məsuliyyəti olmalıdır və bununla bağlı qanuna dəyişiklik edilməlidir: “Bu xoşagəlməz hadisələr səhiyyə işçilərini üzür və mənfə təsir göstərir. Mən bütün mətbu orqanlarına üz tutaraq müraciət edirəm ki, məhkəmə qaydasında qərar qəbul edilməmiş səhiyyə işçiləri və müəssisələri ilə bağlı doğru olmayan məlumatlar verilməsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR