Fazil Mustafa: “Elm sahəsində plagiat baş alıb gedir”

img

15-10-2021 [12:01]


“Ali Attestasiya Komissiyası tərəfindən bir nəfərin elmi işi plagiat olduğu üçün ləğv olunur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu gün elm sahəsində plagiat baş alıb gedir: “Bu məlumat daha geniş olsa, yaxşı olardı. Yəni kimin adamı idi, yaxud kimsəsiz idimi?!”.

Deputat qeyd edib ki, məmurların qorunması məsələsinə diqqət yetirməliyik: “Yeni rəhbər gələn kimi əvvəlki işçiləri çıxarırlar. Bütün sahələrdə bu problem var. Bu problemi təcili olaraq ortadan qaldırmalıyıq”/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR