Qəşəm Nəcəfzadə: “Kəramət 21 günlük müalicədən sonra evə buraxılacaq”

img

14-10-2021 [15:18]


“Kəramət 21 günlük müalicədən sonra evə buraxılacaq”.

Mia.az xəbər verir ki, bunu Bizimyol.info-ya Maştağadakı Narkoloji Dispanserə yerləşdirilən yazıçı Kəramət Böyükçölün atası, şair-publisist Qəşəm Nəcəfzadə deyib

Kəramət Böyükçölün atası oğlu ilə bir neçə gün əvvəl görüşdüyünü və onun səhhətinin yaxşı olduğunu bildirib.

“Müalicə yüksək səviyyədə gedir. Əvvəl görüşə bilmirdik. Sonra görüşə icazə verdilər və gördüm ki, oğlumun vəziyyəti yaxşıdır. Özü də deyir ki, yemək-içməyi, baxılmağı çox yaxşıdır.

Telefonla verilməsi ilə bağlı müraciət etmişdim. Amma aydın oldu ki, telefon özü də müalicənin gedişatına mənfi təsir göstərdiyi üçün icazə vermirlər. Çünki hər dəfə eyni şeyləri danışdıqda yenidən xatırlayır və bu da müalicəni axsadır.

Ayın 7-si xəstəxanaya yerləşdirilib və 21 günün tamamında buraxılacağı deyilir”,- deyə Q.Nəcəfzadə bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR