Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib

img

14-10-2021 [13:53]


SSRİ-nin Xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

TASS-ın verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1956-cı ildə Odessa Konservatoriyasını bitirib. 1956-cı ildə Odessa Opera və Balet Teatrında səhnəyə çıxıb.

B.Rudenko Sovet tarixi boyunca 27 yaşında SSRİ Xalq artisti adına layiq görülmüş yeganə müğənnidir. O, 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR