"Əvvəl rüşvətlə bir sənədi 3 günə həll edirdin, indi isə o puldan da artıq tələb olunur və..." - Deputatdan yeni kadrlara etiraz

img

14-10-2021 [12:53]


"Müəyyən korrupsioner məmurları vəzifədən uzaqlaşdırılması, yerinə isə gənc və islahatçı kadrların təyin olunması Azərbaycan cəmiyyətinə ümid yaratmışdı".

Bunu "Müsavat TV"nin efirinə deputat Fazil Mustafa deyib.

"Bizə gəncləşmə yox, yeniləşmə lazımdır. Yüksək vəzifəyə təyin olunan bəzi gənc kadrlar öz sahələrində özlərini doğrultmadılar. Sanki, öz sahələrində olan problemləri həll etmək yerinə, daha böyük problemlər yaratdılar. Əvvəl dövlət qurumlarında hər hansı formada rüşvət verərək bir sənədi 3 günə həll edirdin, indi isə o puldan da artıq tələb olunur, amma 3 aya həll olunur. Çünki mexanizm artıq daha çox ətalətə yönəlib"/Unikal..

Deputat əlavə edib ki, vəzifəyə yeni təyin olunan nazir və ya komitə sədrinin bir nəfəri işdən çıxarmaq belə rahat olmamalıdır.

O bildirib ki, Azərbaycanda yeni nazir təyinatı olduqda həmin qurumda çalışan hər kəsin ərizəsi alınır:

"Elə bil ki, bir padişah gəlir, deyir ki, mən hamınızı ölüm hökmünə məhkum edirəm. Kefimin yaxşı vaxtında sizi bağışlayacağam. Məmur varisliyini qoruya bilməmişik. Azərbaycanda yüzlərlə savadlı, ağıllı məmur təşviş içində fikirləşir ki, nazir dəyişsə, gəlib öz adamını qoyacaq, məni də atacaq çölə. Halbuki onun da təcrübəsi, dövlət qarşısında xidməti var".

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR