Saakaşvilinin tərəfdarları Tbilisiyə toplanır - Aksiya

img

14-10-2021 [10:31]


Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da Azadlıq meydanında təşkil olunacaq.

Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.

Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR