Braziliyanın məşhur klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər - Səbəb

img

14-10-2021 [09:36]


Braziliyanın "Kruzeyro" klubunun futbolçuları tətil elan ediblər.

"Globo Esporte" nəşri xəbər verir ki, oyunçular maaş gecikmələrinə görə bu addımı atıblar. Onlar məşqə çıxmaqdan boyun qaçırıblar.

B Seriyasında çıxış edən klub hazırda ciddi maliyyə problemləri yaşayır. 6 aydır oyunçularına və əməkdaşlarına məvacib verə bilməyən "Kruzeyro"da borcların bir hissəsi sentyabrda ödənilib.

Vəziyyətin dözülməz həddə çatdığını söyləyən futbolçular çıxış yolunu məşqləri və oyunları boykot etməkdə görürlər.

Qeyd edək ki, "Kruzeyro" hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komandaya Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo rəhbərlik edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR