Baş redaktor vəfat etdi

img

14-10-2021 [09:25]


Neftçala rayonunda baş redaktor dünyasını dəyişib.

Məlumata görə, rayonda fəaliyyət göstərən "Gündoğar" qəzetinin baş redaktoru, jurnalist Habil Əsədov bu gün vəfat edib.

Qeyd edək ki, Əsədov Habil Əsəd oğlu 1947-ci ildə Neftçala rayonu Abasallı kəndində anadan olub. Xıllı qəsəbə tam orta məktəbini və Azərbaycan Dövlət Universitetini bitirib.

O, 1973-cü ildən rayonda fəaliyyət göstərən "Gündoğar" (o vaxtkı "Oktyabr bayrağı") qəzetində çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR