ŞƏHİD HƏRBÇİ DƏFN OLUNDU - FOTO (YENİLƏNİB)

img

14-10-2021 [12:33]


Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev dəfn edilib.

Məlumata görə, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

***

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.

Məlumata görə, şəhid gizirin nəşi bu gün 11:40 radələrində onun doğulduğu Goranlı kəndinə gətirilib.

Şəhidlə 12:00-da vida mərasimi keçiriləcək.

***

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçimizdən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Mia.az xəbər verir ki, Baş Prokurorluq itkin düşən hərbi qulluqçumuz - gizir Əliyev İxtiyar İlqar oğlunun meyitinin tapılaraq şəxsiyyətinin müəyyən edildiyini təsdiqləyib.

Növbəti gün ərzində meyit ailə üzvlərinə təhvil veriləcək.

Şəhidimizin sabah Goranboy rayonunun Goranlı kəndində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

img
Digər xəbərlər
SON XƏBƏRLƏR