MN-dən Seyfəli poliqonundakı partlayışla bağlı açıqlama: "Təşvişə düşməyin..."

img

13-10-2021 [15:26]


"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nazirlik aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb: "Bildiririk ki, narahatlığa heç bir əsas yoxdur".

Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA