Şeyx Moskvada: “Erməni kilsəsinin barışmaz və siyasiləşmiş mövqeyinə baxmayaraq..."
13-10-2021 [15:09]
“Təəssüflər olsun, bugünkü reallıq belədir ki, mina sahələrinin xəritələri bizim tərəfə təqdim edilmədiyi üçün bu gün də Azərbaycan torpaqlarında günahsız insanlar minaya düşərək həlak olur”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşünün nəticələri barədə bildirib.
“Sülhün bərqərar olması üçün bütün səviyyələrdə, o cümlədən ictimai və dini səviyyələrdə səy göstərilməsi davam etdirilməlidir. Azərbaycan dövləti dəfələrlə Ermənistan ilə mehriban qonşuluq münasibətlərinə hazır olduğunu dəfələrlə bəyan edib, ölkənin dini icması da bu mövqeyi dəstəkləyir. Azərbaycan işğaldan azad edilmiş ərazilərində yerləşən bütün mədəni və dini abidələri mühafizə etmək və qorumaq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquq və azadlıqlarını təmin etmək qətiyyətini ən yüksək səviyyədə bəyan edib”, - o deyib.
“Biz - dini liderlər dindən etnosiyasi məqsədlər üçün istifadə edilməsinə yol verməməliyik. Hesab edirik ki, qanlı müharibənin hər iki xalqa böyük kədər bəxş etdiyini nəzərə alaraq, dini tribunadan müharibə və nifrət çağırışı ilə çıxış etmək olmaz”, - QMİ sədri əlavə edib.
“Erməni kilsəsinin barışmaz və siyasiləşmiş mövqeyinə baxmayaraq, hesab edirik ki, biz – dini liderlər problemin siyasi deyil, mənəvi tərəfinə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən, biz – dini liderlər dövlət başçılarımızın siyasi qərarlarını şübhə altına almaq hüququna malik deyilik.
Allah qarşısında borcumuz bu həqiqəti xalqlarımıza, o cümlədən, ölkələrimizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizə çatdırmaqdır. Biz - dini liderlər etiqada və öz nüfuzumuza arxalanaraq, xalqlarımızın gələcəyi naminə ölkələrimizin siyasi liderlərinin sülh razılaşmalarını icra etmək səylərini dəstəkləməliyik”, - Allahşükür Paşazadə vurğulayıb/Report.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb