Xalq artistinin səhhəti... - Arif Babayev bir neçə günə evə buraxılacaq

img

13-10-2021 [12:53]


Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.

O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR