Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb

img

12-10-2021 [11:50]


“Gürcüstan, Azərbaycan və Türkiyə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması gömrük sahəsində üç ölkə arasında operativ qarşılıqlı fəaliyyətin yüksək səviyyədə əlaqələndirilməsi və gündəlikdə duran aktual məsələlər üçün səmərəli platforma olacaq”.

Bunu Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəbəri Levan Kakava deyib.

Onun sözlərinə görə, komitənin yaradılması barədə sənədin imzalaması ilə üç ölkənin gömrük idarələri arasında müxtəlif vacib istiqamətlərin daxil olduğu uğurlu əməkdaşlıq modeli yaradılıb.

Protokolu presedenti olmayan sənəd adlandıran L.Kakava bildirib ki, ən yeni əməkdaşlıq platforması bölgədə birgə layihələrin həyata keçirilməsi, leqal iqtisadi ticarətin inkişafı və nəqliyyat dəhlizinin potensialından istifadə üçün yeni alətlərin yaradılmasına kömək edəcək.

“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” oktyabrın 9-da İzmirdə imzalanıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR