Göyçayda şadlıq sarayının sahibi 4 min manat cərimələnib

img

11-10-2021 [11:09]


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq sarayında və fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, yoxlama zamanı rayonun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyekt sahibi Tərlan Cavadov inzibati məsuliyyətə cəlb edilərək 4 000 manat məbləğində cərimələnib.

Rayonun Alxasava və Ləkçıplaq kəndlərində fərdi evlərin həyətyanı sahələrində keçirilən toy mərasimlərində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Toy təşkilatçıları Ayaz Əkbərov və Şahid Şıxəliyev barəsində protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA