Bakıda ər onu döyən arvadını polisə verdi – TƏFƏRRÜAT

img

14-02-2014 [11:46]


Bakıda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmış kişi polisə müraciət edib.

Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi 36—cı Polis Bölməsinə müraciət edən Türkiyə Respublikası vətəndaşı, 1973-cü il təvəllüdlü Yunus Şimşək Mehmet oğlu bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Mübariz qızı onu döyüb, üzünü dırnaqları ilə cırıb. 41 yaşlı kişi polisdən arvadının cəzalandırmasını xahiş edib.

Araşdırmalar nəticəsində məlum olub ki, Xətai rayonu 2944-cü məhəllə, ev 183 ünvanında yaşayan şikayətçi həyat yoldaşından bir müddət əvvəl məhkəmə yolu ilə rəsmən boşanıb. Lakin məhkəmə qadının mülkiyyət hüququnu nəzərə alaraq 25 yaşlı S.Əliyevanın həmin evdə yaşamasına qərar verib və bundan sonra cütlük birgə yaşamağa davam edib.

Hazırda müraciət əsasında araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA