İşdən çıxarılan icra başçısına PA-da vəzifə verildi

img

05-10-2021 [22:39]


Gədəbəyin icra hakimiyyətinin başçısı vəzifəsindən bu gün azad edilən İbrahim Mustafayev Prezident Administrasiyasında yüksək vəzifəyə gətirilib. Məlumata görə, İbrahim Mustafayev Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsi rəhbərinin müavini təyin edilib. Həmin şöbəyə prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Mia.az-ın məlumatına görə, virtualaz.org-a bildiriblər ki, İbrahim Mustafayevin Gədəbəyin icra başçısı olarkən vətəndaşlarla iş üzrə tətbiq etdiyi yenilik - Operativ Xidmət Mərkəzinin yaradılması təcrübəsi digər rayonların İcra hakimiyyətlərində də həyata keçiriləcək. Ona həmin təcrübənin yayılmasını kurasiya etmək tapşırılıb.

Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasında yaradılan Operativ Xidmət Mərkəzi vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə operativ, şəffaflıq şəraitində baxılmasını təmin edib.

Qeyd edək ki, İbrahim Ənvər oğlu Mustafayev 2018-ci ilin avqustunda Gədəbəy rayon icra hakimiyyətinin başçısı təyin edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA