Yevlaxda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

img

01-10-2021 [13:36]


Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxsin daha bir əməlinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb.

Saxlanılqdıqdan sonra Ə.Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.

Onun analoji cinayətlər törətdiyi də istisna edilmir.

"Əgər Əziz Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", məlumatda qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR