Bakıda günün ikinci partlayışı - Bir nəfər öldü+Yenilənib

img

13-02-2014 [17:15]


Bir neçə dəqiqə əvvəl Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verib. 


MIA APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ramiz Quliyev küçəsində yerləşən "LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb.

***

BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib.

Stansiyadan həmçinin bildiriblər ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

LUKOIL-ın Bakıdakı ofisindən Trend-ə verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA