Məhkəmə hakimi kimin evini zəbt edib? - İttiham

img

13-02-2014 [13:55]


Səbail rayonu 20-ci sahə ərazisində kirayədə yaşayan Vüsalə Mustafayeva "Qafqazinfo” ya şikayət məktubu göndərib 

Məktubda bildirilir ki, hazırda Saatlı rayonunda məhkəmə hakimi olan Şahin Quliyevin ailəsi 2003- cü ildə Yeni Yasamal, bina 14, mənzil 174 ünvanında olan evlərini zəbt edib. 

"2003-cü ildə hakimin ailəsi qaçqın olduqlarını əsas gətirərək evimizə zorla giriblər. Bununla bağlı Xocalı rayon Məhkəməsinə müraciət etmişik. Məhkəmə bizim lehimizə qərar qəbul etsə də, işi icra etməli olan Yasamal rayon İcra hakimiyyətinin icraçıları qərara əməl etmir. İcraçılar bildirir ki, bizə nə desəniz edə bilərik. Amma o evlə bağlı bizə tapşırıq verilib, boşalda bilmərik. Biz neçə illərdir ki, evimiz ola-ola kirayədə qalırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA