YAP Anım Günü ilə bağlı bəyanat qəbul edib
27-09-2021 [22:29]
Yeni Azərbaycan Partiyası 27 Sentyabr- Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanat Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən Anım Gününə həsr olunmuş konfransda qəbul edilib.
Bəyanatda deyilir: “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik simvoluna çevrilən İkinci Qarabağ - Vətən müharibəsinin başlanmasından 1 il ötür. Şübhəsiz ki, Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və Ordumuzun gücü sayəsində qazanılmış parlaq Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün deyil, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpasıdır.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir. Şəhid ailələrinə, qazilərimizə dövlətin xüsusi diqqət və qayğısı isə cəmiyyətdə olduqca yüksək qiymətləndirilir, Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir.
İnkaredilməz həqiqətdir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlamış, yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Ermənilər tərəfindən soydaşlarımıza qarşı vandalizm aktları, işğal altında olmuş ərazilərimizdə təxribatlar törədilmiş, təmas xətti boyunca yaşayan dinc əhaliyə mütəmadi atəş açılmış, beynəlxalq hüquq normaları kobud surətdə pozulmuşdur. İşğal dövründə Azərbaycan xalqının zəngin tarixini və şanlı keçmişini əks etdirən unikal mədəniyyət nümunələri də məhv edilmiş, tarixi, dini və mədəni abidələrimizə qarşı soyqırımı həyata keçirilmişdir. Bütün bunlar bəşəriyyətə qarşı təhdid olan erməni faşizminin əsl simasını bütün dünyaya nümayiş etdirmişdir.
Lakin ötən 30 ilə yaxın bir müddət ərzində beynəlxalq birlik məsələnin həllinə laqeyd və ikili standartlar əsasında yanaşmış, işğalçıya və işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmişdir. Cəzasızlıq mühitindən istifadə edən, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən boyun qaçıran Ermənistan isə qeyri-konstruktiv mövqeyini, hərbi-siyasi təxribatlarını davam etdirmişdir. Beləliklə, danışıqlar prosesinə heç bir ümid qalmaması Azərbaycan xalqının səbrini tamamilə tükətmişdir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının və dövlətinin heç vaxt işğal faktı ilə barışmayacağını, işğalçı Ermənistanın bütün təxribatlarının qarşısının qətiyyətlə alınacağını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini dəfələrlə bəyan etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşləri, 2018-ci ildə keçirilmiş uğurlu Günnüt əməliyyatı, 2020-ci il iyul ayındakı Tovuz döyüşləri Azərbaycan dövlətinin iradəsini, Ordumuzun gücünü və xalqımızın həmrəyliyini bütün dünyaya göstərmişdir. Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun Zəfər yürüşünə çevrilmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi, döyüş meydanında möhtəşəm qələbə qazanılması sayəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Azərbaycan öz milli gücü və hərbi-siyasi qüdrəti ilə BMT-nin 4 qətnaməsinin döyüş meydanında icrasına müvəffəq olmuşdur. Eyni zamanda, 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki mənfur siyasətinin iflasa uğramasını şərtləndirmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğaldan azad olunmasına nail olmaqla tariximizdə heç bir dövlət başçısına nəsib olmayan möhtəşəm və tarixi Zəfərə imza atmışdır.
Bu tarixi Qələbə ilə Azərbaycan xalqı düşməndən qisas almış, şəhidlərimizin qanı yerdə qalmamışdır. Heç şübhəsiz, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var. Vətənin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki şəxslər, ümumilikdə, Azərbaycan xalqı cəsarət və qətiyyət göstərərək, bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri də milli məsələlərdə ölkədə siyasi birliyin göstəricisidir.
Bu gün öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaratmışdır. Bütün şərtləri diktə edən qalib Azərbaycanın konstruktiv siyasəti, strateji əhəmiyyətli təklif və təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına yönəlmişdir. Məğlub Ermənistan isə 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın bütün müddəalarını - tələblərini zamanında, tam və qeyd-şərtsiz yerinə yetirməlidir. Bununla yanaşı, Ermənistan konstruktiv mövqedən çıxış edərək təxribatlardan çəkinməli, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar öz üzərinə düşən işləri görməli, o cümlədən mina xəritələrini ölkəmizə təqdim etməlidir. Eyni zamanda, həm işğal dövründə, həm də 44 günlük müharibə ərəfəsində çoxsaylı cinayətlər törətmiş Ermənistan hüquqi məsuliyyət daşıyır və beynəlxalq müstəvidə qanun qarşısında mütləq cavab verməlidir.
Yeni Azərbaycan Partiyası beynəlxalq ictimaiyyəti, tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın terrorizm, hərbi cinayət, mina xəritələrini Azərbaycana təqdim etməməsi əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməsi üçün lazımi addımları atmağa çağırır.
Regionun inkişafı sabitlikdən, bölgə dövlətlərinin konstruktiv münasibətlərindən asılıdır. Azərbaycan Respublikasının aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq bundan sonra da regionda sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarına sadiqlik nümayiş etdirəcək, bu istiqamətdə real və fəal təşəbbüslərlə çıxış edəcəkdir”.
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan neftinin qiyməti 87 dollara enib
ABŞ-da terror: bıçaqlı şəxs əvvəlcə maşını camaatın üstünə sürüb, daha sonra... - 4 nəfər ölüb, 5 yaralı var
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb - FOTO
Kolumbiya argentinalı diplomatları ölkədən qovdu - "Qatil, terrorçu prezident" sözünə görə
İranlı aktyor sosial media fenomeni olan nişanlısını döyüb - FOTOLAR
Kılıçdaroğlundan saxta afişalara sərt reaksiya: "Bəli, bir gün öləcəyəm, amma..." - FOTO
Departament BMT məruzəçisinin hesabatını rədd etdi: "İsrail Qəzzada soyqırım törətməyib"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "Pullar danışır!”
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
Prezidentin köməkçiləri, şöbə və sektor müdirləri... - Onların qəbul günləri bəlli oldu (CƏDVƏL)
Bakıda liftin qapıları arasında qalan 45 yaşlı qadın ölüb
"Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və..." - Rəsmi Bakı NATO-nin sabiq rəhbərini qınadı
Nazir "həmkarlar"ın sədrinə yüksək vəzifə verdi
Banan Azərbaycanda niyə baha satılır?
İCRA BAŞÇISINA QARŞI SUİ-QƏSD CƏHDİ: Azərbaycana qarşı “Boris planı”, yoxsa... - TƏHLİL
Sabiq rektora 15 il cəza tələb olundu - Məhkəmə iclası
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı