Kremldən Putinlə bağlı açıqlama: "Dövlət başçısı həmişə gündəlik iş rejimi ilə öz yerindədir”

img

24-09-2021 [14:36]


"Rusiya Prezidenti Vladimir Putin koronavirusa görə özünütəcrid rejimdə yaşayır".

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sentybarın 24-də jurnalistlərə bildirib.

“Özünütəcrid şərti məhudiyyətdir. Onsuz da dövlət başçısı həmişə gündəlik iş rejimi ilə öz yerindədir”, - o qeyd edib.

Mətbuat katibi deyib ki, karantinə görə Vladimir Putinlə şəxsən təmasda olmur.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün sentyabrın 14-dən özünütəcrid rejiminə keçib. Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR