Akademik Cəlal Əliyev ABŞ jurnalının fəxri üzvü seçilib

img

12-02-2014 [21:31]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)Botanika İnstitutunun"Bioloji məhsuldarlığın fundamental problemləri”şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan "Bioinformatika və müqayisəli genomiks” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. 


AMEA-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, bununla bağlı jurnalın baş redaktoru Dr. Paul Andersondan məktub daxil olub. Jurnalda bioinformatika və genomiksin bütün istiqamətləri, o cümlədən, klassik aspektlərlə yanaşı, müasir tədqiqatlar və yeni metodlarla bağlı tədqiqatlar çap edilir.

Akademik Cəlal Əliyev tərəfindən Azərbaycanda riyazi biologiya və bioinformatika elminin əsasının qoyulması, inkişaf etdirilməsi və bu istiqamətlərdə kadrların hazırlanmasında əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Azərbaycanlı alimin biologiya elminin aparıcı sahəsi üzrə mötəbər jurnalın redaksiya heyətinin fəxri üzvü seçilməsi elminin böyük uğurudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA