Beyləqanda kütləvi dava: bir ölü

img

12-02-2014 [21:30]


Beyləqanda üç nəfər arasında yaranan mübahisənin davaya çevrilməsi bir nəfərin ölümüylə nəticələnib.

Hadisə Beyləqan şəhərində baş verib. Beyləqan sakinləri 23 yaşlı Zakir Yusifli, dostu 22 yaşlı Tural İsmayıllı ilə birlikdə həmyerliləri 30 yaşlı Yasin Hüseynovla mübahisə edib. Nəticədə dostlar bıçağa əl atıb. Yasin Hüseynov aldığı bıçaq xəsarəti nəticəsində dünyasını dəyişib.

Rayon polis şöbəsindən verilən məlumata görə dostlar hadisədən sonra saxlanılıb.

Faktla bağlı Beyləqan prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA