Ərdoğan ABŞ-a gedir: "Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq, təəssüf ki..."

img

19-09-2021 [13:12]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək.

Mia.az xəbər verir ki, üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Səfərqabağı aşıqlama verən Ərdoğan deyib ki, Türkiyədə hazırda 4,5 milyon miqrant var. O, Yunansıtanın baş naziri Kiryakos Miçotakisin açıqlamasına münasibət bildirərkən bildirib ki, Türkiyə miqrantlar məsələsində lazım olan addımların atılmasını gözləyir: "Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR