Əfqanıstanın rəsmi dili bəlli oldu - Özbək dili statusunu itirdi

img

18-09-2021 [23:47]


"Taliban" tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib.

Qanuna əsasən, İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.

Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.

İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir. Bundan əlavə, ölkədə bir bayram təsis edilib: "İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR