Üzeyir Hacıbəylinin “Koroğlu” operası 62 il sonra yenidən lentə alınıb

img

18-09-2021 [12:13]


Azərbaycanın vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə lentə alınan Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası artıq bütün musiqi platformalarında yer alıb.

Məlumata görə, “Koroğlu” operası sonuncu dəfə 1959-ci ildə böyük Maestro Niyazinin rəhbərliyi altında lentə alınıb.

R.Qasımov bildirib ki, yaradıcı heyyətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə bu operanı lentə almaq qərarına gəliblər: "Düşünürəm ki, bu opera hüdudlarımızdan kənarda Azərbaycan klassik musiqi sevərlərə Üzeyir bəyin əziz xatirəsinə, Milli Musiqi günündə bir tövhə olacaq".

Qeyd edək ki, operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayev, baş rollarda Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli Əsgərov və Taleh Yəhyəyev ifa etmişlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR