Azad Mürsəlov 33 yaşlı bibisi oğlunu çoxsaylı bıçaq zərbələri ilə öldürdü - İmişlidə (Xəbər yenilənib)

img

18-09-2021 [11:30]


Sentyabrın 18-də rayonun Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin dayısı oğlu Azad Mürsəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi evin həyətyanı sahəsində qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azad Mürsəlov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

İmişlidə qətl hadisəsi törədilib.

Hadisə Caxırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR