Zahid Orucla Səbinə Əliyeva İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti və Pakistan Ombudsmanının müşaviri ilə görüşüblər

img

17-09-2021 [22:22]


Ombudsman Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani ilə görüş keçiriblər.

Mia.az xəbər verir ki, görüşdə hər üç ölkənin müxtəlif xarakterli münasibətləri geniş müzakirə edilib və vurğulanıb ki, bu münasibətlər Azərbaycanın torpaqlarının işğal edilməsindən sonra daha geniş xarakter alıb, ölkəmizin haqq işinin beynəlxalq müdafiəsində, dünyaya bəyan edilməsində və daha sonra Vətən müharibəsi günlərində daha da yüksələn xətt üzrə inkişaf edib. Azərbaycanın ərazi büövlüyünün təmin olunmasından sonra münasibətlərdə yeni bir mərhələnin başlandığı bildirilib.

O da qeyd edilib ki, düşmən tərəfinin cinayətlərinin dünyaya bəyan edilməsində, insan haqlarının təmin olunmasında sözügedən ölkələrin insan haqları üzrə qurumları - ombudsman təsisatları xüsusi rol oynayıblar.

Yaxşı bir nümunədir ki, bu günlərdə davam edən “Üç qardaş” hərbi təlimi insan hüquqlarının qorunması sahəsində də sözün əsl mənasında elə “Üç qardaşın” təlimidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR