Toyvo Klaar Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına baş çəkib

img

17-09-2021 [16:23]


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdamda Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına baş çəkib.

Mia.az Report-a istinadla xəbər verir ki, diplomat ermənilərin törətdiyi vandalizm aktları ilə tanış olub.

Avropa İttifaqının elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər barədə geniş məlumat verib.

Daha sonra Aİ-nin xüsusi nümayəndəsi Şəhidlər xiyabanına və işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:09 16.10.2021

Şuşa gözəldir…