Milli Məclis sədrinin müavini rəhbərlik etdiyi komitə üzvləri ilə iclas keçirib
17-09-2021 [15:38]
Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Mia.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitənin sədri Adil Əliyev növbəti sessiyada deputatlara müvəffəqiyyətlər arzu edərək bildirib ki, gündəliyə ötən müddət ərzində komitənin fəaliyyəti ilə bağlı hesabat və qarşıdakı sessiyanın iş planı daxil edilib.
Vitse-spiker diqqətə çatdırıb ki, tarixi Zəfərimizin möhkəmləndirilməsi üçün parlamentin də üzərinə mühüm vəzifələr düşür. Adil Əliyev 2021-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə məlumat verərək qeyd edib ki, Gənclər və idman komitəsinin üzvləri ötən müddət ərzində səmərəli fəaliyyət göstərib, bu sahədə ölkədə həyata keçirilən islahatlarla bağlı üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də lazımi addımlar atılıb. Bu dövrdə komitənin 10 iclası keçirilib, 13 məsələyə baxılıb. Deputatlarımız müxtəlif aktual mövzulara həsr olunmuş həm ölkədaxili, həm beynəlxalq səviyyədə bir sıra tədbirlərdə iştirak ediblər. Habelə, yerli və xarici KİV-lərdə çıxış edərək ölkədə gedən proseslər, o cümlədən sosial, iqtisadi, humanitar sahələrdə görülən işlər, əldə edilən nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırıblar.
Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan, ümumilikdə 437 məktub, müraciət və sənəd daxil olub. Bundan əlavə, yeni texnologiyaların tətbiqi sayəsində müxtəlif sosial şəbəkələr üzərindən 1000-dən çox müraciət qeydə alınıb. Müraciətlərdə göstərilən məsələlərin böyük əksəriyyəti artıq öz həllini tapıb, bəziləri isə icradadır. Komitə üzvləri fərdi qaydada da vətəndaşların qəbulunu keçiriblər və onları narahat edən məsələlərin bir çoxu müsbət həll olunub.
Komitə sədri bildirib ki, ötən sessiyalarda gənclərlə, idmançılarla, habelə şəhid ailələrinin üzvlərilə, qazilərlə, Vətən müharibəsində iştirak etmiş digər insanlarla bir sıra görüşlər keçirilib. Görüş iştirakçılarına əldə etdikləri nailiyyətlərə görə müxtəlif mükafatlar, Fəxri fərmanlar təqdim edilib. Komitə üzvləri bir sıra sosial məzmunlu və xeyriyyə tədbirlərində də fəal iştirak ediblər.
Sonra Adil Əliyev komitənin 2021-ci il payız sessiyası üçün iş planı barədə məlumat verib. Bildirilib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq. Qeyd edilib ki, bu sessiyada müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Belə ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı maarifləndirmə işinin təşkilində, “Yaşatmaq yaşamaq kimi gözəldir” aksiyasının, “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsində komitə üzvləri fəal iştirak edəcəklər.
Çıxış edən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlardan Cavid Osmanov, Ülvi Quliyev, Könül Nurullayeva, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin ötən sessiyalarda fəaliyyəti barədə fikirlərini bildiriblər. Millət vəkilləri ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, reallaşan dövlət proqramlarından bəhs ediblər, gənclərin sağlam, savadlı, vətənpərvər yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflər səsləndiriblər.
Onlayn iclasda komitə üzvləri Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Etibar Əliyev, Ramil Həsən, Vüqar İskəndərov, Cəbi Quliyev iştirak ediblər.
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub