Son 8 ayda 636 azərbaycanlı Almaniyadan sığınacaq istəyib: 353 nəfərə rədd, 1 nəfərə isə müsbət cavab verilib

img

17-09-2021 [13:43]


Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib.

Mia.az-ın məlumatına görə, bu barədə “Report”un Avropa bürosunun sorğusuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb.

Məlumata görə, bu dövrdə 24 nəfərə qaçqın, 13 nəfərə isə köməkçi qoruma statusu verilib. 6 nəfərin ölkədən deportasiyası qadağan olunub.

8 ay ərzində işinə baxılanlardan yalınız 6.9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub. 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib.

Məlumat üçün bildirək ki, ötən ay ümumilikdə 11 847 əcnəbi Almaniyadan sığınacaq istəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR