Çempionlar Liqası: "Beşiktaş" evdə, "Şaxtyor" səfərdə məğlub olub - VİDEO

img

15-09-2021 [22:56]


UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyun gününə start verilib.

Məlumata görə, Türkiyədə "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 20-ci dəqiqədə Cud Bellingem açıb. 45+3-cü dəqiqədə isə Erlinq Holann fərqi artırıb.

Meydan sahiblərinin təsəlli qolunu 90+4-cü dəqiqədə Fransisko Montero vurub.

Moldova təmsilçisi "Şerif" isə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşmada sensasion qələbəyə imza atıb. İlk qolu Adama Traore 16-cı dəqiqədə vurub. 62-ci dəqiqədə isə Momo Yansane yekun nəticəni müəyyənləşdirib - 2:0.

Qeyd edək ki, turun son 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR