Məhəbbət Kazımovla duet oxuyan müğənni koronavirusdan vəfat edib - VİDEO

img

15-09-2021 [17:47]


Azərbaycanlı müğənni Xasməmməd Hacıyev koronavirusdan dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçının ailəsindən bildirilib.

Qeyd olunub ki, 72 yaşlı müğənni bir müddət əvvəl koronavirusa yoluxub. Səhhətindəki problemlər üzündən müğənni COVID-19a-a təslim olub.

Qeyd edək ki, X.Hacıyev 1949-cu ildə Beyləqan rayonunun Qaralılar kəndində anadan olub. O, Asəf Zeynallı adına Musiqi Kollecinin muğam fakültəsini bitirib. Onun sənət camiəsində bir çox müğənnilərlə işbirliyi olub.

“Youtube”da X.Hacıyevin Məhəbbət Kazımovla da duetləri var.


Digər xəbərlər
SON XƏBƏRLƏR