Azərbaycanda daha bir kollecin direktoru həbs edildi

img

12-02-2014 [11:03]


Azərbaycanda daha bir kollec direktoru saxlanılıb.

Mia.az Teleqraf.som-a istinadən xəbər verir ki, Ağcabədi Pedaqoji Kollecinin direktoru Sahib Hüseynov dünən həbs edilib.  Xəbərə görə, Sahib Hüseynov direktoru olduğu məktəbdə özbaşınalıq və korrupsiya hallarına yol verib. 

Elə son günlər ərzində burdan müxtəlif aidiyyatı qurumlara tələbələr və valideynlərin şikayətlərinin də sayı çoxlıb. Sahib Hüseynovun dəqiq hansı səbəbdən həbs edilməsi açıqlanmır. Lakin onun saxlanılmasında korrupsiya faktının olması ehimalı daha böyükdür. 

Xatırladaq ki, Sahib Hüseynov əvvəllər bu kollecdə qiyabi şöbənin dekanı olub. Artıq bir neçə aydır ki, məktəbə direktor təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA