ALİM QASIMOVUN KÜRƏKƏNİ PRODÜSERİ DÖYÜB: "Fərqanəyə mesaj atırdı..." - Sensasiyalı ifadələr
15-09-2021 [12:54]
Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən biri də onun həyat yoldaşı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev olub.
Rəşadət Fərzəliyev Fərqanə Qasımova ilə bir müddət işbirliyi edib. Daha sonra aralarında maliyyə məsələlərinə görə problem yaranıb və Fərqanə əməkdaşlığa son qoyub. Qasımovanın əri məsələni aydınlaşdırmaq üçün prodüserin iş yerinə gedib.
Bu zaman aralarında mübahisə yaranıb və Elnur Rəşadəti döyərək pulunu alıb. O, studiyadan çıxarkən Rəşadətə məxsus 1850 manat pul, musiqi alətləri və texnikaları götürüb. Elnur Mövlamov isə istintaqa ifadəsində bildirib ki, Rəşadəti həyat yoldaşı Fərqanəyə mesaj yazaraq narahat etdiyi üçün döyüb:
“Fərqanə Rəşadətlə işləmək istəmədiyindən ondan “Youtube” kanalının şifrəsini istəyirdi. Amma Rəşadət şifrəni verməkdən imtina edirdi. Bundan sonra Rəşadət Fərqanəyə mesaj yazaraq onu narahat etməyə başlayıb. Rəşadət isə Fərqanə ilə işbirliyini bitirməyəcəyini deyib. Fərqanə Rəşadətin bir neçə aydır onu narahat etdiyini dedi.
O, həm də Rəşadətin ona məxsus olan “Youtube” kanalının şifrəsini və hard diskləri vermədiyini, onları Rəşadətdən götürməyimi xahiş etdi. Rəşadətin iş yerinə gedəndə mənə dedi ki, Alim Qasımov və Fərqanə Qasımovanın ona 1950 manat borcu var. Daha sonra Rəşadətdən Fərqanəni niyə narahat etdiyini soruşdum. Cavab verə bilmədi, onu döyməyə başladım. Sonra siyirmələrdən və prodüserin cibindən 1850 manat pul götürdüm. Pulun 800 manatını cırdım, qalanını studiyadan çıxdıqdan sonra atdım”.
Zərərçəkmiş R.Fərzəliyev isə ifadəsində bildirib ki, 2019-cu ildən F.Qasımova ilə əməkdaşlıq edib. O, xanəndənin onlayn musiqi platformalarından gələn gəlirlərinin 50 faizinə ortaq olub: “Fərqanə xanıma gördüyüm işlərin müqabilində mənə 1950 manat borcu yaranmışdı. Buna görə də “Youtube”, “Apple music”, “Spotify”, “Facebook” səhifələrinin şifrəsini vermirdim. Pulumu tələb etsəm də, Fərqanə zənglərə cavab vermədi. Bunu Elnur studiyaya gələndə ona da dedim. Daha sonra Elnur niyə Fərqanəni narahat etdiyimi deyərək nalayiq sözlər işlətdi. Məni təpik-yumruqla döyməyə başladı. Qorxduğum üçün “Youtube” şifrəsini verdim”.
Prodüserin sözlərinə görə, Elnur onu Fərqanədən üzr istətdirərək videoya da çəkib. Daha sonra götürdüyü pulu qaytarmayacağını bildirib: “Pulun bir hisəəsinin cırıb yerə atdı. Elnur qalan pulu saydıqda 1050 manat olduğunu görüb həmin pulları göstərərək “bu da bizim yeyib-içmək pulumuz” deyib cibinə qoydu”.
Məhkəmə materiallarından əldə etdiyimiz məlumata görə, E.Mövlamov 2004-cü ildən sakitləşdirici təsir məqsədilə narkotik vasitələr istifadə edib.
Qeyd edək ki, E.Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı