"Yeni Müsavat"ın keçmiş əməkdaşı 3 övladı ilə Almaniyadan deportasiya olundu: "Gecəyarısı evinə gələrək..."

img

15-09-2021 [12:40]


Jurnalist Röya Rəfili 3 övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.

Belə ki, senyabrın 13-ü gecə saatlarında Röyanın evinə gələn alman polisləri onu hava limanına aparaıb və bir qrup azərbaycanlı ilə bərabər bu gün Bakı vaxtı ilə saat 15:00-da Almaniyadan deport ediblər.

Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız “Atletlər kənd”inə aparılıb. “Atletlər kəndi”ndən bildiriblər ki, deportasiya olunan vətəndaşlarımız covid-19 testindən keçdikdən sonra karantində saxlanılacaqlar.

Qeyd edək ki, Röya Rəfilinin Almaniyaya getməzdən öncəki son iş yeri “Yeni Müsavat” qəzeti olub/Musavat.com

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR