ÜST: "Peyvənd pasportları səyahət üçün istifadə edilməməlidir"

img

14-09-2021 [22:18]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.

 TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

"Peyvənd pasportlarının səyahət üçün şərt olaraq istifadə edilməsini istəmirik. Bunun səbəbi hazırda heç də hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkilik üçün bir vasitə olacaq", - Qebreyesus bildirib.

ÜST-ün baş direktoru qeyd edib ki, gələcəkdə vaksin olunanların sayı artdıqca, bu ehtimal nəzərdən keçirilə bilər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:52 17.09.2021

Bu rayonlara dolu düşüb