Xalq artisti: "O, mənim "zaryad"kamdır"

img

13-09-2021 [19:30]


Xalq artisti Brilliant Dadaşova həmkarı Eyyub Yaqubovla bağlı etiraf edib.

Sosial şəbəkə hesabında müğənni Zamiq Hüseynovun doğum gününü təbrik edən Xalq artisti Zamiqin hər zaman ondan bəhrələndiyini deyib:

“Zamiq kimi bir çoxları mən oxuyanda mikrofonun səs aparatının telefonlarını qoyub səsimi yazırdılar. Onlar səsimdən bir çox şeylər öyrənməyə çalışırdılar. Öyrənsələr də bir çoxları bunu dandı. Amma Zamiq bunu hər zaman deyir və etiraf edir”.

Brilliant Dadaşova özünün də Eyyub Yaqubovdan bəhrələndiyini deyib:

“Mən də onun kimiyəm. Məsələn, Eyyub Yaqubov mənim "zaryad"kamdır, şarj aparatımdır. Onun ifalarına çox qulaq asıram. Mahnıları ruhumu qidalandırır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR