Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək

img

11-02-2014 [13:05]


Fevralın 19-da Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M. Pancikidze Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncədə keçiriləcək görüşündə iştirak edəcək. Tərəflər qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Gəncə görüşü Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçüncü üçtərəfli görüşü olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA