Azərbaycan filmi beynəlxalq festivalda nümayiş olunub

img

07-09-2021 [21:32]


XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin müsabiqədənkənar təqdimatı baş tutub.

Dövlət Film Fondundan Mia.az-a verilən məlumata görə, film Azərbaycanı festivalın “Türk dünyası” bölməsində təmsil edir.

Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR